03 noyabr 2011-ci il tarixdə Qazax rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

03 noyabr 2011-ci il

03 noyabr 2011-ci il tarixdə saat 02:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qazax rayonu ərazisindən keçən 497-ci km-də 1974-cü il təvəllüdlü Qazax rayon sakini Ocaqquluyev Etibar Arif oğlu Gürcüstan istiqamətində idarə etdiyi  “VAZ-2106” markalı, 09-BB-767 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, 1980-ci il təvəllüdlü Tovuz rayon sakini Əzizov Vasif Nüsrət oğlunu vuraraq 1965-ci il təvəllüdlü Tovuz rayon sakini Hüseynov Əlibrahim Məmməd oğlunun idarə etdiyi  “Kamaz” markalı, 57-BO-964 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində piyada və “VAZ-2106” markalı avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Qazax rayon sakini Mehdiyeva Elmira Tofiq qızı hadisə yerində ölüb, VAZ-2106” markalı avtomobilin sürücüsü və digər sərnişini, 1974-cü il təvəllüdlü Qazax rayon sakini Kərimov İlqar Məhəmməd oğlu xəsarət alaraq Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

xəbərlərin arxivi