Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

04 noyabr 2011-ci il tarixdə Sabirabad rayonu ərazisində 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

04 noyabr 2011-ci il

04 noyabr 2011-ci il tarixdə saat 21:00 radələrində Sabirabad şəhərinin ərazisində 1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Məmişov Süleyman Əli oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10-UD-078 dövlət qeydiyyat nişanlı avtomobillə 1960-cı il təvəllüdlü Mehdiyev Vüsal Ataman oğlunun idarə etdiyi “Qazel” markalı, 10-HV-576 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişini, 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini Şahverənov Rauf İlqar oğlu hadisə yerində ölüb, digər sərnişinlər, Sabirabad rayon sakinləri 1992-ci il təvəllüdlü İbrahimov Adil Faiq oğlu, Əmirov Cavidan Sabir oğlu, 1968-ci il təvəllüdlü Ağammədov Adil Hacıbala oğlu və “Qazel” markalı avtomobilin sürücüsü xəsarət alaraq Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

xəbərlərin arxivi