06 noyabr 2011-ci il tarixdə Goranboy rayonu ərazisində 5 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

06 noyabr 2011-ci il

06 noyabr 2011-ci il tarixdə saat 13:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu ərazisindən keçən 312-ci km-də 1979-cu il təvəllüdlü Yevlax rayon sakini Quliyev Vüsal İsmət oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 20-BV-713 dövlət qeydiyyat nişanlı avtomobillə 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Nəsirli Elmar Kəmaləddin oğlunun idarə etdiyi “Volkswagen-Passat” markalı, 90-GJ-819 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və sərnişinləri, Tovuz rayon sakinləri, 1991-ci il təvəllüdlü Məmmədov Rüstəm Xaliq oğlu, 1988-ci il təvəllüdlü Aslanov Ələddin Aslan oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Babək Cavanşir oğlu və 1985-ci il təvəllüdlü İsayev Səyyah Mansur oğlu hadisə yerində ölüblər, “Volkswagen-Passat” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

xəbərlərin arxivi