Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

12 noyabr 2011-ci il tarixdə Yevlax rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

12 noyabr 2011-ci il

12 noyabr 2011-ci il tarixdə saat 07:25 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 283-cü km-də 1952-ci il təvəllüdlü Ağsu rayon sakini Dəmirov Nizami Piri oğlunun idarə etdiyi “VAZ-2121” markalı, 10-TL-046 dövlət qeydiyyat nişanlı avtomobillə 1982-ci il təvəllüdlü Yevlax rayon sakini Əliyev Təbriz Qaçay oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 90-KE-137 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri hadisə yerində ölüblər, “VAZ-2121” markalı avtomobilin sərnişini, 1956-cı il təvəllüdlü Ağsu rayon sakini Dəmirova Cəmilə Kərim qızı xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

xəbərlərin arxivi