16 noyabr 2011-ci il tarixdə Şabran rayonu və Bakı şəhəri, Qaradağ rayonu ərazilərinini hər birində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

16 noyabr 2011-ci il

16 noyabr 2011-ci il tarixdə saat 20:00 radələrində Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən 125,8-ci km-də şəhər sakini 1959-cu il təvəllüdlü Biləsuvar rayon sakini Abbasov Ələddin Mirzağa oğlunun Quba rayonu istiqamətində idarə etdiyi “Mersedes-1840LS” markalı 10-JT-970 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əks istiqamətdə hərəkətdə olan 1951-ci il təvəllüdlü Şabran rayon sakini Həşimov Abduləziz Abdurəşidoviçin idarə etdiyi “Tofaş” markalı, 10-UM-474 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza nəticəsində “Tofaş” markalı avtomobilin    sürücüsü və sərnişini, 1977-ci il təvəllüdlü Şabran rayon sakini Məstanov Ramin Səttar oğlu çatdırıldıqları xəstəxanada ölüblər.
         Digər yol-nəqliyyat hadisəsi saat 23:30 radələrində Bakı-Qazax yolunun paytaxtın Qaradağ rayonundan keçən 46-cı km-də qeydə alınıb. Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Camalxanov Elxan İdris oğlu “Hyundai-Sonata” markalı, 90-AR-902 dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri istiqamətində idarə edərkən, onu yolun kənarındakı reklam şitinin dirəyinə vurub, zərbədən avtomobildə yanğın baş verib.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb, yanğın söndürüldükdən sonra avtomobildə şəxsiyyəti məlum olmayan yanmış kişı meyiti aşkar edilib.

xəbərlərin arxivi