Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

19 noyabr 2011-ci il tarixdə Bakı-Şamaxı yolunun 62,5-ci km-də 5 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

19 noyabr 2011-ci il

19 noyabr 2011-ci il tarixdə saat 8.00 radələrində Bakı-Şamaxı yolunun 62,5-ci km-də 1981-ci il təvəllüdlü Qəbələ rayonundakı hərbi şəhərcikdə yaşayan, Nurəddinov Ramin Famil oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “Mercedes-Benz” markalı, 10 XP 032 dövlət qeydiyyat nişanlı avtomobillə 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Alışov Yavər Məhərrəm oğlunun əks istiqamətdə idarə etdiyi VAZ-2107 markalı, 10 KU 971 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri, VAZ-2107 markalı avtomobilin sərnişini, 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Ağayev Təyyar Ağaisa oğlu, “Mercedes-Benz” markalı avtomobilin sərnişinləri, Rusiya vətəndaşları, 1958-ci il təvəllüdlü Mixaylova Qalina Viktorovna və 1955-ci il təvəllüdlü Tatarçuk Anna Pavlovna hadisə yerində ölüblər, “Mercedes-Benz” markalı avtomobilin digər sərnişini, 1951-ci il təvəllüdlü Belarus vətəndaşı Jiltova Qalina Qriqoryevna isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

xəbərlərin arxivi