25 noyabr 2011-ci il tarixdə Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

25 noyabr 2011-ci il

25 noyabr 2011-ci il tarixdə saat 18:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 41-ci km-də sürücü, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Gözəlov Elşad Məhərrəm oğlu idarə etdiyi “İnfiniti FX35” markalı, 90-EB-032 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun ayırıcı zolağında olan metal konstruksiyaya çırpılıb.
Qəza zamanı avtomobildə baş verən yanğın nəticəsində sürücü və sərnişin, 1957-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Xankişiyev Hilal İslam oğlu avtomobildə yanaraq ölüblər.
                           

xəbərlərin arxivi