Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

30 noyabr 2011-ci il tarixdə Ağstafa rayonu ərazisində 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

30 noyabr 2011-ci il

30 noyabr 2011-ci il tarixdə saat 23:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağstafa rayonu ərazisindən keçən 450-ci km-də 1967-ci il təvəllüdlü Ağstafa rayonunun Qırlı kənd sakini Aslanov Xaliq İmamverdi oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “VAZ-21011” markalı, 35-BB-417 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yazıçı Yakup Zulkif oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, TR 08 K 6439 dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili toqquşub. Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü və sərnişinlər, 2004-cü il təvəllüdlü Aslanov Emin Xaliq oğlu, 2000-ci il təvəllüdlü Aslanova Mətanət Xaliq qızı, 2009-cu il təvəllüdlü Aslanov Teymur Turqay oğlu, 1929-cu il təvəllüdlü Aslanova Güllüzar Ələs qızı, 1958-ci il təvəllüdlü Aslanova Elza Papoy qızı hadisə yerində ölüblər, 1980-ci il təvəllüdlü Aslanova Xatirə Fəxrəddin qızı və  1986-cı il təvəllüdlü Aslanova Aynurə Nemət qızı xəsarət alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi