Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

04 dekabr 2011-ci il tarixdə Sumqayıt şəhəri ərazisində 8 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

04 dekabr 2011-ci il

04 dekabr 2011-ci il tarixdə saat 19:50 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 37-ci km-də 1970-ci il təvəllüdlü Bakı şəhərinin Sabunçu rayon sakini Fizuli Müslüm oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “Mersedes-Benz” markalı, 90-LT-336 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əks istiqamətdə hərəkətdə olan 1987-ci il təvəllüdlü Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi sakini Hacıyev Əli Zakir oğlunun idarə etdiyi “BMW” markalı, 10-NT-820 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə yanğın baş verdiyindən hər iki avtomobilin sürücüləri  və sərnişinlər, “BMW” markalı avtomobildə, 1988-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Səlimov Vüsal Eyvaz oğlu, 408 saylı hərbi hissənin kapitanı Babayev Ramin Nadir oğlu, Lənkəran rayon sakini 1971-ci il təvəllüdlü Nəzərov Nazim Canbaxış oğlu, Ukrayna vətəndaşları, 1976-cı il təvəllüdlü Krupa Ruslan və 1966-cı il təvəllüdlü Tatunçak Stepan, “Mersedes-Benz” markalı avtomobildə,  1993-cü il təvəllüdlü Baxşıyev Nicat Dəmir oğlu hadisə yerində yanaraq ölüblər, “Mersedes-Benz” markalı avtomobilin digər sərnişini, 1987-ci il təvəllüdlü Bakı şəhərinin Sabunçu rayon sakini Əliyev İlkin Mehman oğlu isə  xəsarət alaraq Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi