Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

05 dekabr 2011-ci il tarixdə Şəki rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

05 dekabr 2011-ci il

05 dekabr 2011-ci il tarixdə saat 14:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonu ərazisindən keçən 58-ci km-də 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Əfraimov Teymur İbrahimoviçin idarə etdiyi  “Mazda GX-9” markalı, 10-OM-090 dövlət qeydiyyat nişanlı avtomobil Şəki rayonu istiqamətində hərəkətdə olarkən 1961-ci il təvəllüdlü Balakən rayon sakini, Kərimov Vaqif Yusif oğlunun idarə etdiyi “BMV-730” markalı, 99-BC-699 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü və “Mazda GX-9” markalı avtomobilin sürücüsü ilə eyni ünvanda yaşayan sərnişini, 1953-cü il təvəllüdlü Əfraimova Lyudmila İbrahimovna hadisə yerində ölüblər.

xəbərlərin arxivi