19 dekabr 2011-ci il tarixdə Goranboy rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

19 dekabr 2011-ci il

19 dekabr 2011-ci il tarixdə saat 17:30 radələrində Qızılhacılı kəndi ərazisində Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Həsənov Orxan Qabil oğlu “Mersedes” markalı, 20-CM-720 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu yolun kənarındakı işıq dirəyinə vurub.  Qəza nəticəsində sürücü və sərnişini Qarasüleymanlı kənd sakini 1989-cu il təvəllüdlü Qasımov Təbriz Aydın oğlu hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər Goranboy rayon sakinləri 1983-cü il təvəllüdlü Səmədov Səbuhi Sədrəddin oğlu və Yusibov Ayaz Elmiras oğlu, Qızılhacılı qəsəbə sakini 1982-ci il təvəllüdlü Şıxıyev Hafiz Nurəddin oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi