Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

25 dekabr 2011-ci il tarixdə Qəbələ rayonu ərazisində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

25 dekabr 2011-ci il

25 dekabr 2011-ci il tarixdə saat 09:25 radələrində Qəbələ-Oğuz yolunun Nic kəndi ərazisində Qəbələ rayon sakini, 1948-ci il təbəllüdlü Alışov Qədir İslam oğlunun idarə etdiyi  “VAZ 2106” markalı, 10 FL 711 dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan gələn 1967-ci il təvəllüdlü Şəki rayon sakini Dərişov Azər Fərrux oğlunun idarə etdiyi “Mercedes-Benz-Vito” markalı, 90-KR-560 mikroavtobusla toqquşub.
Nəticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü, sərnişinləri - 1955-ci il təvəllüdlü Alışova Diləfruz Əzim qızı, 1960-cı il təvəllüdlü Abdullayeva Fazilə Əzim qızı və 1998-ci il təvəllüdlü Alışov Sahil Səhlab oğlu hadisə yerinə ölüblər, 1998-ci il təvəllüdlü Abdullayev Elsevər Rafiq oğlu və 1969-cu il təvəllüdlü Məmmədov Namet Nəzir oğlu isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi