Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

29 dekabr 2011-ci il tarixdə Qəbələ rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

29 dekabr 2011-ci il

29 dekabr 2011-ci il tarixdə saat 10:10 radələrində Qəbələ rayonunun Vəndam kəndi ərazisində rayon sakinləri, 1966-cı il təvəllüdlü Məsimov İlqar Feyruz oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-JK-655 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1956-cı il təvəllüdlü Müttəhirov İttifaq Səfər oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobus toqquşub.
Nəticədə sürücü İ.Müttəhirov və sərnişini, oğlu 1983-cü il təvəllüdlü Müttəhirov Elnur hadisə yerində ölüblər, digər sürücü İ.Məsimov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi