04 yanvar 2012-ci il tarixdə paytaxtın Binəqədi rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması, Hacıqabul rayonu ərazisində isə 3 nəfərin ölümü 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

04 yanvar 2012-ci il

04 yanvar 2012-ci  il il tarixdə saat 13:00 radələrində Bakı-Şamaxı yolunun paytaxtın Binəqədi rayonu ərazisindən keçən 15-ci km-də paytaxtın Binəqədi rayonu sakini, 1968-ci il təvəllüdlü Məmmədəliyev Səlhan Nəriman oğlunun Şamaxı rayonu istiqamətində idarə etdiyi “Lexus LX-470” markalı, 10-NP-455 dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan gələn 1966-cı il təvəllüdlü Bakı şəhər sakini Fərzəliyev Raqil Söhbət oğlunun idarə etdiyi “Opel-Astra” markalı, 90-HB-538 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Nəticədə sürücü R.Fərzəliyev və sərnişinləri, 1981-ci il təvəllüdlü paytaxtın Qaradağ rayonu sakini Quliyev Natiq Eyvaz oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Quliyeva Rasimə Faiq qızı hadisə yerində ölüblər, həmin avtomobilin digər sərnişini, 1973-cü il təvəllüdlü Bakı şəhərinin Səbail rayonunda məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Məmmədaov Ədalət Məhəmməd oğlu və “Lexus LX-470” markalı avtomobilin sərnişini, 1968-ci il təvəllüdlü Bakı şəhərinin Nəsimi rayonu sakini, Alıyev Eldar Məhəmməd oğlu xəsarət alaraq Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.
Digər yol-nəqliyyat hadisəsi saat 14:40 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 162-ci km-də qeydə alınıb. 1950-ci il təvəllüdlü Yevlax şəhər sakini Bayraməliyevin Səftər Eldar oğlunun Qazax rayonu istiqamətində idarə etdiyi “MAN-327” markalı yük avtomobili əks istiqamətdə hərəkətdə olan 1963-cü il təvəllüdlü Kürdəmir rayonunun Cəyli kənd sakini İsayev Natiq Ağasəf oğlunun idarə etdiyi “QAZ-31029” markalı 24-BA-141 dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə Qazax rayonu istiqamətində yolun sol kənarında dayanmış vəziyyətdə olan 1956-cı il təvəllüdlü Hacıqabul rayonunun Padar kənd sakini Həsənov Mirkazım Mikayıl oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 24-BB-461 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşub.
Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü M.Həsənov, sərnişini, 1965-ci il təvəllüdlü Ağsu rayonun Padarqışlaq kənd sakini Müzəffərov Vüqar Qaroğlan oğlu və “QAZ-31029” markalı avtomobilin sərnişini, 1961-ci il təvəllüdlü Ağsu şəhər sakini Talıbov Kamil Şamil oğlu hadisə yerində ölüblər, “QAZ-31029” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi