07 yanvar 2012-ci tarixdə Cəlilabad rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

07 yanvar 2012-ci il

07 yanvar 2012-ci 2011-ci il tarixdə saat 13:20 radələrində Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən 141-ci km-də 1963-cü il təvəllüdlü Cəlilabad rayon sakini Bayramov Şəmsəddin İsvahan oğlu Ələt qəsəbəsi istiqamətində idarə etdiyi “VAZ-21099” markalı, 10-MX-299 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatı apararkən qarşıdan gələn 1956-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Həmzə Bayram oğlunun idarə etdiyi “HOWO-ZZ3317N3567W” markalı, 90-JP-712 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində “VAZ-21099” markalı avtomobilin sürücüsü və  sərnişinlər, Cəlilabad rayon sakinləri, 1972-ci il təvəllüdlü Hüseynov Altay Hüseyn oğlu və 1997-ci il təvəllüdlü İsgəndərov Vaqif Nizam oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi