Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

26 yanvar 2012-ci il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

26 yanvar 2012-ci il

26 yanvar 2012-ci  il il tarixdə saat 14:00 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu ərazisindən keçən 33-cü km-də Kürdəmir rayon sakini, 1960-cı il təvəllüdlü Mürsəlov Mahir Mikayıl oğlunun Kürdəmir rayonu istiqamətində idarə etdiyi “VAZ 2107” markalı markalı, 10-MV-840 dövlət qeydiyyat nişanlı avtomobillə 1963-cü il təvəllüdlü Goranboy rayon sakini Baxşəliyev Namiq Hüseyn oğlunun idarə etdiyi “KamAZ” markalı, 22-BE-329 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü və sərnişini, bacısı 1973-cü il təvəllüdlü Babayeva Ədibə Mikayıl qızı hadisə yerində ölüblər, digər sərnişinləri, sürücünün qızı 1990-cı il təvəllüdlü Ayşən, 1963-cü il təvəllüdlü Mürsəlova Güldanə, 1962-ci il təvəllüdlü Mürsəlova Nazilə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
xəbərlərin arxivi