06 mart 2012-ci il tarixdə Abşeron rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

06 mart 2012-ci il

06 mart 2012-ci il tarixdə saat 08:00 radələrində Bakı-Şamaxı yolunun 25-ci km-də Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Nəbiyev Mahir Tahir oğlu idarə etdiyi “Mitsubishi Pajero” markalı, 10-VO-121 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində hərəkət edərkən idarəetməni itirərək yolun sağ kənarına çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində sürücü M.Nəbiyev və sərnişinləri, Bakı şəhər sakinləri 1946-cı il təvəllüdlü Əliyev Nadir Əli oğlu, 1948-ci il təvəllüdlü Ananova Mayram Setrakovna və 1967-ci il təvəllüdlü Şirinov Azər Qaçay oğlu aldıqları xəsarətlərdən  hadisə yerində ölüblər.

xəbərlərin arxivi