14 mart 2012-ci il tarixdə Masallı rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 mart 2012-ci il

14 mart 2012-ci il tarixdə saat 20:30 radələrində Ələt-Astara-İran sərhədi yolunun Masallı rayonu ərazisindən keçən 161-ci km-də Masallı rayon sakini, 1972-ci il təvəllüdlü Xansuvarov İqbal Bəhmən oğlu Ələt qəsəbəsi istiqamətində idarə etdiyi “VAZ-21074” markalı, 10-KT-939 dövlət qeydiyyat nişanlı avtomobillə qarşı hərəkət zolağına çıxaraq 1949-cu il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Najafi Khashen Heiran Madad Ghobadın idarə etdiyi “Volvo” markalı, İR67057 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “VAZ-21074” markalı avtomobilin sürücüsü və  sərnişinlər, Masallı rayon sakinləri, 1972-ci il təvəllüdlü Süleymanov Ramil Ahil oğlu və 1986-ci il təvəllüdlü Ağayev Valeh Eynəli oğlu hadisə yerində ölüblər, 1986-ci il təvəllüdlü Xansuvarov Eyvaz Qəzənfər oğlu və 1987-ci il təvəllüdlü Xansuvarov Elçin Qəzənfər oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi