Məlumatlar 12 noyabr 2018-ci il

Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə

18 mart 2012-ci il tarixdə paytaxtın Xətai rayonu ərazisində 2 nəfərin, Kürdəmir rayonu ərazisində isə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

18 mart 2012-ci il

18 mart 2012-ci il tarixdə saat 02:00 radələrində Kürdəmir rayonu, Karrar kəndi ərazisindən keçən Bakı-Qazax yolunun 186-cı km-də  Hacıqabul rayon sakini, 1980-ci il təvəllüdlü Mahmudov Famil Şahsultan oğlu idarə etdiyi “Maz” markalı, 90-KL-567 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan 1988-cı il təvəllüdlü Gəncə şəhər sakini Əsgərov Ağa Səfər oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 60-BC-929 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində sürücü A.Əsgərov və avtomobildə olan sərnişinləri, Gəncə şəhər sakinləri, 1986-cı il təvəllüdlü Məmmədov Hüseyn Sübhan oğlu və 1984-cü il təvəllüdlü Paşayev Rəşad Ələmdar oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Digər yol-nəqliyyat hadisəsi isə saat 06.54 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ağakərimov Aslan Mikayıl oğlu idarə etdiyi “Hyundai Accent” markalı, 10-ZL-573 dövlət qeydiyyat nişanlı avtomobillə Nobel prospektində hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı hasara çırpilib. Qəza nəticəsində sürücü və sərnişin, 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Fedosiyev Alek Vitaliyeviç hadisə yerində ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi