Məlumatlar 12 noyabr 2018-ci il

Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə

27 mart 2012-ci il tarixdə Abşeron rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

27 mart 2012-ci il

27 mart 2012-ci il tarixdə saat 17:00 radələrində Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən 20,7-ci km-də 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Məhərrəmov Mais Adil oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı, 90-FR-970 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında təmirə dayanmış “Kamaz-53215” markalı, 90-JS-318 dövlət qeydiyyat nişanlı, kran qurğulu avtomobilin arxası ilə toqquşub. Qəza nəticəsində kranın sol yan hissəsində dayanmış sürücüsü, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini İlyiçev Aleksandr Dmitriyeviç və “Nissan X-Trail” markalı avtomobilin sərnişini, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Bayramov Azad Etibar oğlu aldıqları xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüblər.

xəbərlərin arxivi