Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

29 mart 2012-ci il tarixdə Kürdəmir rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

29 mart 2012-ci il

29 mart 2012-ci il tarixdə saat 00:45 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən 205-ci km-də 1960-cı il təvəllüdlü Şirvan şəhər sakini Zeynalov İbad Ələmdar oğlu idarə etdiyi “VAZ-2106” markalı, 54-BC-150 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olmuş Türkiyə Respublika vətəndaşı 1971-ci il təvəllüdlü Şahin Yusif Kemal oğlunun  idarə etdiyi “DAF” markalı, 34-BY-1113 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü İ.Zeynalov və avtomobildə olan sərnişinlər Şirvan şəhər sakinləri, 1956-cı il təvəllüdlü İsmayılova Püstə Bəybala qızı, 1958-ci il təvəllüdlü Xəlilova Rəhilə Bəybala qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, 1965-ci il təvəllüdlü Zeynalova Vəsilə Bəybala qızı və 1953-cü il təvəllüdlü İsmayılov Tahir Hüseyn oğlu xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

xəbərlərin arxivi