Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

30 mart 2012-ci il tarixdə Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

30 mart 2012-ci il

30 mart 2012-ci il tarixdə saat 04:00 radələrində Ələt-Astara-İran sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 7,9-cu km-də Abşeron rayon sakini 1951-ci il təvəllüdlü Qardaşov Səyədulla İbadulla oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 10-XE-942 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, 1969-cu il təvəllüdlü Lerik rayon sakini İsmayılov Bəhlul Almaz oğlu, 1994-cü il təvəllüdlü Cəlilabad rayon sakini Qurbanov Nurlan Vasif oğlu hadisə yerində ölüblər, digər sərnişinlər, 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini İbişov Yalçın Sabir oğlu və Lerik rayon sakini 1992-ci il təvəllüdlü İsmayılov Elvin Bəhlul oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

xəbərlərin arxivi