02 may 2012-ci il tarixdə Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

02 may 2012-ci il

02 may 2012-ci il tarixdə saat 12:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 51-ci km-də 1980-ci il təvəllüdlü Cəlilabad rayon sakini Məmmədov Ramil Məhərrəm oğlu Bakı şəhəri istiqamətində idarə etdiyi “Mercedes-Benz” markalı, 99-BJ-046 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili  yolun sağına aşırıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Cəlilabad rayon sakinləri, 1990-cı il təvəllüdlü Şükürlü Gülər Elşad qızı, 2012-ci  il təvəllüdlü Məmmədli Ruqiyyə Ramil qızı, 1979-cu il təvəllüdlü Babayeva Xəyalə Məhərrəm qızı, 2001-ci il təvəllüdlü Babayeva Pərvin Tofiq qızı xəsarət alaraq Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən Təcili Tibbi Yardım məntəqəsinə müraciət etsələr də,  Babayeva Xəyalə Məhərrəm qızı orada, Məmmədli Ruqiyyə Ramil qızı Bakı şəhəri Kliniki Tibbi Mərkəzdə ölüblər.

xəbərlərin arxivi