07 may 2012-ci il tarixdə Mingəçevir şəhərində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

07 may 2012-ci il

07 may 2012-ci il tarixdə saat 23:00 radələrində H.Əliyev prospektində Mingəçevir şəhər sakini 1988-ci il təvəllüdlü Sadıqov Emin Ədalət oğlu “VAZ-21093” markalı, 10-VM-867 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda hərəkətdə olan velosipedçiləri vurub. Qəza nəticəsində velosipedçilər, Mingəçevir şəhər sakinləri, 1959-cu il təvəllüdlü Mirzəyev Aslan Vəli oğlu və 1984-cü il təvəllüdlü Şəfiyev Vicay Eldar oğlu hadisə yerində ölüblər.

xəbərlərin arxivi