Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

Bakı şəhərində "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar mayın 19-dan 28-dək paytaxtın mərkəzi küçə və yollarında nəqliyyat vasitələrinin hərəkəti fasilələrlə mahdudlaşdırılacaq

21 may 2012-ci il

Bakı şəhərində "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar mayın 19-dan 28-dək Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl qəsəbəsi istiqamətinə nəqliyyat vasitələrinin hərəkəti mahdudlaşdırılaraq kənarkeçmə yoluna istiqamətləndiriləcək. Həmçinin "20-ci sahə" dairəsindən Bayıl qəsəbəsi istiqamətinə, Bayıl qəsəbəsindən Neftçilər prospektinə,  Bülbül və Azadlıq prospektləri ilə Nizami küçəsinin kəsişmələrindən Neftçilər prospektinə, Şeyx Şamil və Niyazi küçələrindən sağa Neftçilər prospektinə doğru, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Əziz Əliyev küçəsinə, eləcə də Yusif Səfərov küçəsindən 28 May küçəsinə, Yusif Səfərov, Afiyəddin Cəlilov küçəsinin kəsişmələrindən Üzeyir Hacıbəyov küçəsi istiqamətinə avtomobillərin hərəkətinə saat 19:00-dan 24:00-dək məhdudiyyət qoyulacaq. Nəqliyyat vasitələrinin hərəkət istiqamətləri müvafiq olaraq, "20-ci sahə" dairəsindən dağüstü yolla Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsindən Xanlar küçəsinə, oradan isə "Dağüstü Park" yolu ilə Parlament prospektinə tərəf, Şeyx Şamil və Niyazi küçələrindən sola İstiqlaliyyət küçəsinə, Afiyəddin Cəlilov küçəsindən isə sağa Yusif Səfərov küçəsinə  yönəldiləcək.
xəbərlərin arxivi