Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

31 may 2012-ci il tarixdə Yevlax rayonu ərazisində 3 nəfərin ölümü, 3 nəfərin yaralanması, Quba rayonu ərazisində isə 2 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

31 may 2012-ci il

31 may 2012-ci il tarixdə saat 17:30 radələrində Xaldan-Mingəçevir yolunun 1-ci km-də Yevlax rayon sakinləri, 1991-ci il təvəllüdlü Abdullayev Emil Bəxtiyar oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 66-BG-874 dövlət qeydiyyat nişanlı avtomobillə 1991-ci il təvəllüdlü Tağıyev Natiq İntiqam oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-EV-709 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki sürücü və N.Tağıyevin avtomobilində olan sərnişin, 2000-ci il təvəllüdlü Şəki rayon sakini Mahmudzadə Sahil Aqil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, Yevlax rayon sakini 1980-cı il təvəllüdlü Qarayev Ramil Allahverdi oğlu, habelə E.Abdullayevin avtomobilində olan digər sərnişinlər, Xaldan qəsəbə sakinləri, 1990-cı il təvəllüdlü Cəfərov Samir Nəriman oğlu və 1991-ci il təvəllüdlü  İsayev Yavər Yaqub oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Digər yol-nəqliyyat hadisəsi saat 19:00 radələrində Quba-Tulətərən yolunun 3-cü km-də baş verib. Quba rayon sakini, 1982-ci il təvəllüdlü Abbasov İdris Hafiz oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-GL-660 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Babayev Nemət Adil oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-FO-420 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində İ.Abbasovun avtomobilində olan sərnişin, 1976-cı il təvəllüdlü Quba rayon sakini Qayıbov Eldəniz Xalıq oğlu və N.Babayevin avtomobilində olan sərnişin, 1984-cü il təvəllüdlü Şıxməmmədov Tapdıq Dostəhməd oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, hər iki sürücü  və İ.Abbasovun digər sərnişinləri, Quba rayon sakinləri, 1980-ci il təvəllüdlü Fətəliyev Elşən Vahid oğlu, 1984-cü il təvəllüdlü Şahbalayev Eyvaz Şabədddin oğlu və 1981-ci il təvəllüdlü Əlimuradov Şaiq Namiz oğlu, habelə N.Babayevin digər sərnişini, 1988-ci il təvəllüdlü Şıxməmmədov Elçin Dostəhməd oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

xəbərlərin arxivi