Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

01 iyun 2012-ci il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

01 iyun 2012-ci il

01 iyun 2012-ci il tarixdə saat 10:30 radələrində Bakı-Qazax yolunun 145-ci km-də, Qarasu kəndinin ərazisində Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Hüseynov Qulu Məhərrəm oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-HJ-898 dövlət qeydiyyat nişanlı avtomobillə 1977-ci il təvəllüdlü Hüseynov Zamir Zakir oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-XN-665 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, 2006-cı il təvəllüdlü Hüseynov Zakir Zamir oğlu və 1956-cı il təvəllüdlü Hüseynova Zəminə Ağabba qızı hadisə yerində ölüblər, 1983-cü il təvəllüdlü Həmənova Şəhla Vaqif qızı, habelə Mercedes-Benz” markalı avtomobildə olan sərnişin, 1956-cı il təvəllüdlü  Hüseynova Gülüzə Həşrəf qızı xəsarər alaraq xəstəxanaya çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi