Məlumatlar 12 noyabr 2018-ci il

Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə

05 iyun 2012-ci il tarixdə paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

05 iyun 2012-ci il

05 iyun 2012-ci il tarixdə saat 15:20 radələrində Heybət-Xocasən yolunun 1-ci km-də, Şərur rayon sakini, 1976-cı il təvəllüdlü Orucov Əziz Hidayət oğlunun idarə etdiyi “Otoyol” markalı, 10-TB-650 dövlət qeydiyyat nişanlı avtobusla Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Abıyev Nahid Rövşən oğlunun idarə etdiyi “KamAZ” markalı, 44-BN-399 dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili toqquşub.
Qəza nəticəsində avtobusda olan sərnişinlərdən, Abşeron rayon sakinləri, 1972-ci il təvəllüdlü Abdulova Xanım Qəzənfər qızı və 1988-ci il təvəllüdlü Abdulova Nərgiz Ədalət qızı hadisə yerində ölüblər, 9 nəfər sərnişin isə xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onlardan 2-i 2005-ci və 2007-ci il təvəllüdlü azyaşlılardır.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi