Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

06 iyun 2012-ci il tarixdə Yevlax rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

06 iyun 2012-ci il

06 iyun 2012-ci il tarixdə saat 17:30 radələrində Bakı-Qazax-Gürcüstan  sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 300-cü km-də Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Hüseynov Emin Nadir oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 90-HS-145 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayon sakini, 1948-ci il təvəllüdlü Cabbarov Əyyub Mikayıl oğlunun idarə etdiyi “QAZ-66” markalı, 32-BB-693 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-21015” markalı avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, 1965-ci il təvəllüdlü Mustafayev Natiq Vəli oğlu və 1973-cü il təvəllüdlü Məmmədov Xamiz Ramiz oğlu hadisə yerində ölüblər, sürücü E.Hüseynov və digər sərnişin, 1973-cü il təvəllüdlü  Hümbətov Tərlan Qurbanəli oğlu xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi