Məlumatlar 12 noyabr 2018-ci il

Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə

08 iyun 2012-ci il tarixdə Masallı rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

08 iyun 2012-ci il

08 iyun 2012-ci il tarixdə saat 22:30 radələrində Ələt-Astara-İran sərhədi yolunun Masallı rayonu ərazisindən keçən 158-ci km-də 1967-ci il təvəllüdlü Masallı rayon sakini Mirzəyev Ələddin Əlihüseyn oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 10-RL-199 dövlət qeydiyyat nişanlı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatı aparmaq üçün qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Masallı rayon sakini Ağayev Yalçın Yunus oğlunun idarə etdiyi “Kamaz 53212” markalı, 42-BX-855 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və sərnişinləri, 1965-ci il təvəllüdlü Lənkəran rayon sakini İsmayılov Rövşən Ərəstun oğlu, Masallı rayon sakinləri, 1962-ci il təvəllüdlü Nağıyev Hamil Möhübbət oğlu və 1964-cü il təvəllüdlü Nağıyev Qəhrəman Möhübbət  oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.


xəbərlərin arxivi