14 iyun 2012-ci il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 iyun 2012-ci il

14 iyun 2012-ci il tarixdə saat 21:55 radələrində Hacıqabul rayonunun ərazisindən keçən 153-cü km-də 1980-ci il təvəllüdlü Göyçay rayon sakini Abdullayev Məhəmmdəd Elxan oğlu Bakı şəhəri istiqamətində idarə etdiyi “Volkswagen Passat” markalı, 90-XJ-338 dövlət qeydiyyat nişanlı minik avtomobilini yolun hərəkət zolağının sol kənarına çıxararaq onu aşırıb.
Qəza nəticəsində sürücü M.Abdullayev və avtomobilində olan sərnişinlərdən, 2011-ci il təvəllüdlü Göyçay rayon sakini Abdullayeva Mələk Məhəmməd qızı hadisə yerində ölüblər, 2006-cı il təvəllüdlü Göyçay rayon sakini Abdullayev Elxan Məhəmməd oğlu və 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Abdullayeva Mətanət Arzuman qızı xəsarət alaraq Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi