Məlumatlar 08 yanvar 2018-ci il

Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Baş DYP İdarəsinin hüquqi və fiziki şəxslərə müraciəti

16 iyun 2012-ci il tarixdə Şəmkir rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 iyun 2012-ci il

16 iyun 2012-ci il tarixdə saat 02:00 radələrində Bakı-Qazax-Gürcüstan  sərhəd yolunun Şəmkir rayonu ərazisindən keçən 406-cı km-də 1985-ci il təvəllüdlü Şəmkir rayon sakini İmanov İlkin Cümşüd oğlunun Qazax rayonu istiqamətində idarə etdiyi “VAZ-2107” markalı, 20-BD-647 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 1965-ci il təvəllüdlü Gəncə şəhər sakini Hacıyev Xəqani Hacı oğlunun əks istiqamətdə idarə etdiyi “Kamaz-5511” markalı, 10-FM-573 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü İ.İmanov və avtomobilində olan sərnişin, 1988-ci il təvəllüdlü Şəmkir rayon sakini Muradov Anar Kəramət oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi