17 iyun 2012-ci il tarixdə Xaçmaz rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

17 iyun 2012-ci il

17 iyun 2012-ci il tarixdə saat 18:00 radələrində Gəndob-Yalama yolunun Çarxı kəndi ərazisindən keçən 14-cü km-də 1985-ci il təvəllüdlü Kürdəmir rayon sakini Zeynalov İntiqam Tahir oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı, 90-XE-205 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Şabran rayon sakini Babayev Zamiq Şirin oğlunun idarə etdiyi “VAZ-21010” markalı, 10-SR-742 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Toqquşmadan sonra “Hyundai Sonata” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn 1964-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Əliyev Vəliyəddin İsmayıl oğlunun idarə etdiyi “QAZ-24” markalı, 10-FC-737 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Qəza nəticəsində sürücü V.Əliyev və və avtomobilində olan sərnişinlərdən, oğlu, 2008-ci il təvəllüdlü İsmayıl, habelə 40-45 yaşlı kişi hadisə yerində ölüblər, xəsarət alan digər sərnişinlər, qızı, 2007-ci il təvəllüdlü Sara və həyat yoldaşı 1973-cü il təvəllüdlü Əliyeva Fəridə Babalar qızı xəstəxanaya çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.


xəbərlərin arxivi