17 iyun 2012-ci il tarixdə Masallı rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

17 iyun 2012-ci il

17 iyun 2012-ci il tarixdə saat 01:00 radələrində Masallı-Yardımlı yolunun 4-cü km-də, Qəriblər kəndinin ərazisində 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Rzayev Xəyal İlqar oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90-MZ-048 dövlət qeydiyyat nişanlı, 1978-ci il Yardımlı rayon sakini Əliyev Namiq Mayılxan oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90-XX-713 dövlət qeydiyyat nişanlı və 1990-cı il təvəllüdlü Masallı rayon sakini Allahyarov İmamyar Qardaşəli oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90-MC-622 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Qəza nəticəsində sürücü X.Rzayev və və avtomobilində olan sərnişin, 1981-ci il təvəllüdlü Məmmədov Bağır  Qadir oğlu, habelə N.Əliyevin avtomobilində olan sərnişin 1990-cı il təvəllüdlü Yardımlı rayon sakini Əliyev İsgəndər Rasim oğlu hadisə yerində ölüblər, xəsarət alan sürücü N.Əliyev və digər sərnişini,  1985-ci il təvəllüdlü Bakı şəhər sakini Qocayev Ədil Ariz oğlu xəstəxanaya çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.


xəbərlərin arxivi