21 iyun 2012-ci il tarixdə Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 iyun 2012-ci il

21 iyun 2012-ci il tarixdə saat 16:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 58-ci km-də 1965-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Tahirov Mədət Əhəd oğlu idarə etdiyi “Opel Vektra” markalı, 10-SG-423 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1983-cü il təvəllüdlü İmişli rayon sakini Alışov Ruhid Vaqif oğlunun  idarə etdiyi “VAZ-21011” markalı, 30-BF-456 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşub, zərbədən “VAZ-21011” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun sağ hissəsində dayanmış 1968-ci il təvəllüdlü Sabirabad rayon sakini Qardaşxanov Səmid Gülağa oğluna məxsus “Kamaz 55111” markalı, 18-BE-320 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü  R.Alışov, avtomobildə olan sərnişinlər, Biləsuvar rayon sakinləri 1976-cı il təvəllüdlü Əliyev Azad Arif oğlu və  1971-ci  il təvəllüdlü Mirzəyev Faiq Sədulla oğlu hadisə yerində ölüblər, digər sərnişin 1986-cı il təvəllüdlü İmişli rayon sakini Məmiyev Sərvin Xamiz oğlu isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.


xəbərlərin arxivi