23 iyun 2012-ci il tarixdə Qazax rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 iyun 2012-ci il

23 iyun 2012-ci il tarixdə saat 03:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qazax rayonu ərazisindən keçən 497-ci km-də 1987-ci il təvəllüdlü Qazax rayon sakini Kazımov Babək İsmixan oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90-EU-317 dövlət qeydiyyat nişanlı avtomobillə 1963-cü il təvəllüdlü Türkiyə vətəndaşı Çengez Turan Necati oğlunun  idarə etdiyi “Ford Karqo” markalı, 06-AN-1534 Türkiyə dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü  B.Kazımov və həmin avtomobildə olan sərnişinlər, Qazax rayon sakinləri 1988-ci il təvəllüdlü Mustafayev Ceyhun Nürəddin oğlu, 1992-ci  il təvəllüdlü Alıyev Elmar Bayram oğlu hadisə yerində ölüb, digər sərnişinlər  1992-ci il təvəllüdlü Hacıidrisov Hacı Oqtay oğlu və 1990-cı il təvəllüdlü Ağstafa rayon sakini İsayev Münasib Natiq oğlu xəsarət alaraq Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.


xəbərlərin arxivi