25 iyun 2012-ci il tarixdə Salyan rayonu ərazisində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

25 iyun 2012-ci il

25 iyun 2012-ci il tarixdə saat 00:30 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən 33-cü km-də sürücü 1976-cı il təvəllüdlü Masallı rayon sakini Vəliyev Rövşən Zəbulla oğlunun idarə etdiyi “Tavriya Slavuta” markalı, 44-BO-263 dövlət qeydiyyat nişanlı avtomobil Astara istiqamətində hərəkətdə olan zaman hərəkət zolağından çıxaraq əks istiqamətdə hərəkətdə olan 1952-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Hafiz Məhəmmədi Zəbiallah oğlunun idarə etdiyi “Mercedes” markalı, İR 23267 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Tavriya Slavuta” markalı avtomobilin sürücüsü  R.Vəliyev və həmin avtomobildə olan sərnişinlər Masallı rayon sakinləri, 1976-cı il təvəllüdlü Qasımov Ağalar Habil oğlu, 1994-cü  il təvəllüdlü Babayeva Tünzalə Ağalar qızı, 2012-ci il təvəllüdlü 1 ay 15 günlük azyaşlı Babayeva Aysu Ağəli qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişinlər,  1990-cı il təvəllüdlü Babayev Ağəli Qulaməli oğlu və 1976-cı il təvəllüdlü Qasımova Ruhiyyə Cahangir qızı xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.


xəbərlərin arxivi