27 iyun 2012-ci il tarixdə Qobustan rayonu ərazisində 5 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

27 iyun 2012-ci il

27 iyun 2012-ci il tarixdə saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 106-cı km-də sürücü 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Dadaşov Tariel Musaxan oğlunun idarə etdiyi “Howo” markalı, H 020748 dövlət qeydiyyat nişanlı yük avtomobili Şamaxı istiqamətində hərəkətdə olarkən Bakı istiqamətində hərəkətdə olan  1961-ci il təvəllüdlü Göyçay rayon sakini Abdullayev Nadir Sədir oğlunun  idarə etdiyi “VAZ-2106” markalı, 23 BF 484 dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşub, sonra isə “Howo” markalı yük avtomobili aşıb.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü  N.Abdullayev və həmin avtomobildə olan sərnişinlər Göyçay rayon sakinləri 1962-ci il təvəllüdlü Abdullayeva Qənirə Aslan qızı, 1990-cı  il təvəllüdlü Abdullayev Rafiz Nadir oğlu, 1936-cı il təvəllüdlü Aslanova Səkinə Məlik qızı və 1966-cı il təvəllüdlü Aslanova Xoşgül Əli qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb, “Howo” markalı avtomobilin sürücüsü T.Dadaşov isə xəsarət alaraq  Bakı şəhər Travmotologiya institutuna müraciət edib.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi