29 iyun 2012-ci il tarixdə Şamaxı rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

29 iyun 2012-ci il

29 iyun 2012-ci il tarixdə saat 11:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 117-ci km-də 1990-cü il təvəllüdlü Şamaxı rayon sakini Babaşov Elyar Sahib oğlu “VAZ-21063” markalı, 56-BD-649 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu yolun kənarındakı ağaca vurub.
Qəza nəticəsində sürücü E.Babaşov və sərnişini, 1990-cı il təvəllüdlü Şamaxı rayon sakini Mirzəliyev Əvəz Ayazxan oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

xəbərlərin arxivi