30 iyun 2012-ci il tarixdə Quba rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 iyun 2012-ci il

30 iyun 2012-ci il tarixdə saat 01:00 radələrində Pirvahid kəndinin ərazisində 1993-cü il təvəllüdlü Quba rayon sakini Yunusov Seyid Əziz oğlu “BYD F-3” markalı, 90-BT-310 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu yolun kənarındakı ağaca vurub.
Qəza nəticəsində sürücü  S.Yunusov və sərnişini, 1988-ci il təvəllüdlü Quba rayon sakini Bayramov Əfsan Əflatun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

xəbərlərin arxivi