4 iyul 2012-ci il tarixdə Göycay və Kürdəmir rayonları ərazisində hər birində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

04 iyul 2012-ci il

4 iyul 2012-ci il tarixdə saat 00:30 radələrində Bakı-Şamaxı-Yevlax  yolunun Göycay rayon ərazisindən keçən 214,5-ci km-də Göycay şəhər sakini 1947-ci il təvəllüdlü Hümbətov Sərdar Səftər oğlunun Bakı istiqamətdə idarə etdiyi “Vaz 21010“  markalı 10-LJ-743 dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Göycay rayon sakini 1966-cı il təvəllüdlü Hüseynov Əli Əliyusif oğlunun idarə etdiyi “Vaz 21154“ markalı 90-HK-365 dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə ı əks istiqamətdə qarşıdan gələn 1988-ci il təvəllüdlü Göycay rayon sakini Ağasıyev Miryusif Mirmehdi oğlunun idarə etdiyi  “Vaz 21074“  markalı 10-SV-448 dövlət qeydiyyat nişanlı avtomobillə  toqquşmuşdur .
Qəza nəticəsində “Vaz 21074 ” markalı avtomobilin ürücüsü  M.M.Ağasıyev  və “Vaz 21010” markalı avtomobilin sürücüsü S.S.Hümbətov aldıqları  xəsarətlərdən Göycay rayoin xəstəxanasında ölmüşlər.
Digər yol-nəqliyyat hadisəsi saat 00:30 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən 198-ci km-də baş verib. Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Cabbarov Əli Kiçikxan oğlunun Qazax rayonu istiqamətdə idarə etdiyi “Vaz 21099“ markalı 60-BK-709 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan 1986-cı il təvəllüdlü Mingəcevir şəhər sakini Quliyev Ramil Famil oğlunun idarə etdiyi  “Kamaz-5410“ markalı 44-BK-350 dövlət qeydiyyat nişanlı yük avtomobili  toqquşub.
Qəza nəticəsində “Vaz 21099 ” markalı avtomobilin sürücüsü  Ə.Cabbarov və həmin avtomobildə olan 2 sərnişin  aldıqları xəsarətlərdən hadisə yerində  ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır

xəbərlərin arxivi