3 iyul 2012-ci il tarixdə Goranboy rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

03 iyul 2012-ci il

3 iyul 2012-ci il tarixdə saat 21:30 radələrində Goran-Naftalan yolunun 8-ci km-də, Qızılhacılı gəsəbəsinin ərazisində 1984-cü il təvəllüdlü Səxavət Alıyevin  idarə etdiyi “Hyunday  Sonata“  markalı və 1965-ci il təvəllüdlü İmişli rayon sakini Vidadi Babaşovun idarə etdiyi “Kamaz” markalı avtomobillər toqquşmuşdur .
Qəza nəticəsində “Hyunday Sonata” markalı avtomobilin sürücüsü  S.Alıyev  və həmin avtomobildə olan sərnişinlər, 1978-ci il təvəllüdlü Bəxtiyar Əhmədov və 1974-cü il təvəllüdlü Eşgin Hüseynov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi