04 iyul 2012-ci il tarixdə Qobustan rayonu ərazisində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 iyul 2012-ci il

4 iyul 2012-ci il tarixdə saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 61,5-ci km-də, Qobustan rayonu (Cəngi döngəsi) ərazisində 1990-cı il təvəllüdlü Ağsu rayon sakini Məmmədov Cavid Yaşar oğlunun idarə etdiyi “Vaz-21154“ markalı, 90-NZ-195 dövlət qeydiyyat nişanlı avtomobillə 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Nicat Mehrab oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 90-FV-660 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-21154“ markalı avtomobilin sürücüsü  və həmin avtomobilin sərnişinləri, Ağsu rayon sakinləri, 1986-cı il təvəllüdlü Xəlilov Cavid Zakir oğlu, 1987-ci il təvəllüdlü Müzəffərov Nurlan Yengibar oğlu və 1985-ci il təvəllüdlü Ağdam rayon sakini Naibov Şirin Arzuman oğlu hadisə yerində ölüblər, digər sərnişini, 1978-ci il təvəllüdlü Şamaxı rayon sakini  Məmmədov Cəlil Aqqa oğlu və “Mersedes-Benz” markalı avtomobilin sürücüsü  xəsarət alaraq Klinik Tibbi Mərkəzə çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi