7 iyul 2012-ci il tarixdə Qaradağ və Xaçmaz rayon ərazilərinin hər birində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

07 iyul 2012-ci il

7 iyul 2012-ci il tarixdə saat 01:15 radələrində Qaradağ rayonu ərazisindəki Bibi Heybət yolunda, Bakı şəhər sakini Quliyev Fuad Gülbala oğlu idarə etdiyi “Qaz-3110“ markalı, 10-OT-896 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman idarə etməni itirməsi səbəbindən yoldan cıxaraq aşıb.
Qəza nəticəsində sürücü və həmin avtomobildə olan sərnişin, 1972-ci il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Elxan Babakərim oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Digər yol-nəqliyyat hadisəsi saat 02:00 radələrində Xudat-Nabran yolunun 23-cü km-də baş verib. Xaçmaz şəhər sakinləri, 1980-ci il təvəllüdlü Əhmədov Mübariz Səməd oğlunun idarə etdiyi “KİA-OPTİMA“ markalı, 50-CD-345 dövlət qeydiyyat nişanlı avtomobil Soltanov Elxan Şəmsibalayeviçin idarə etdiyi “İJ” markalı motosikletlə toqquşub.
Qəza nəticəsində “İJ“ markalı motosikletdə olan sərnişinlər, Xaçmaz rayonu sakinləri, 1991-ci il təvəllüdlü Cavadov Soltan Cavad oğlu və 1983-cü il

xəbərlərin arxivi