8 iyul 2012-ci il tarixdə Kürdəmir rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

08 iyul 2012-ci il

8 iyul 2012-ci il tarixdə saat 03:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonu ərazisindən keçən 183,5-ci km-də Abşeron rayon sakini, 1950-ci il təvəllüdlü Məmmədov Aydın Allahverdi oğlunun idarə etdiyi “DAF-95XF” markalı, 90-JG-110 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə qarşıdan gələn, Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdü Əliyev Heydər Dövlət oğlunun idarə etdiyi VAZ-2106 markalı, 52-BA-638 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücü və həmin avtomobildə olan sərnişinlər, Kürdəmir rayon sakinləri,  1996-cı il təvəllüdlü Həşimov Kənan Sənan oğlu və 1969-cu il təvəllüdlü Rəhimov Rəşad Tahir oğlu hadisə yerində ölüblər, 1983-cü il təvəllüdlü Rəhimov Ayaz Tahir oğlu isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi