09 iyul 2012-ci il tarixdə Salyan rayonu ərazisində 2 nəfərin ölümü, Yardımlı rayonu ərazisində isə 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

09 iyul 2012-ci il

09 iyul 2012-ci il tarixdə saat 18:20 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən 33-cü km-də 1971-ci il təvəllüdlü Salyan rayon sakini Fərzəliyev Rəsul Becan oğlunun idarə etdiyi “QAZ-3110“ markalı, 10-MN-443 dövlət qeydiyyat nişanlı avtomobillə 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Şirəliyev Rasim Sahibzaman oğlunun idarə etdiyi “VOLVO” markalı, A 012 PH 197/RUS dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili toqquşub.
 Qəza nəticəsində “QAZ-3110“ markalı avtomobildə baş vermiş yanğında sürücü R.Fərzəliyev  və həmin avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Salyan rayon sakini Rzayev Şirzad Yasər oğlu hadisə yerində yanaraq ölüblər.
Digər yol-nəqliyyat hadisəsi saat 18:50 radələrində Yardımlı rayonunun Bozayran kəndi ərazisində qeydə alınıb. 1971-ci il təvəllüdlü Yardımlı rayon sakini Quliyev Əlisalam İmaş oğlu “Vaz-2121“ markalı, 50-BG-800 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu aşırıb.
Qəza nəticəsində alovlanan avtomobildə olan sərnişinlər Yardımlı rayon sakinləri, 1972-ci il təvəllüdlü Quliyev İlkin İmaş oğlu və 2003-cü il təvəllüdlü Quliyev Ayxan Rizvan oğlu hadisə yerində yanaraq ölüblər, sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.



xəbərlərin arxivi