10 iyul 2012-ci il tarixdə Astara rayonu ərazisində 2 nəfərin ölümü, 5 nəfərin yaralanması, Tovuz rayonu ərazisində isə 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

10 iyul 2012-ci il

10 iyul 2012-ci il tarixdə saat 09:30 radələrində Astara rayonunun Maşxan kəndində, 1988-ci il təvəllüdlü Astara rayon sakini Əmirov Vüqar Məhərrəm oğlunun idarə etdiyi “Vaz-2106“ markalı, 10-HB-019 dövlət qeydiyyat nişanlı avtomobillə 1987-ci il təvəllüdlü Astara rayon sakini Rustəmov Elçin Ədalət oğlunun idarə etdiyi “Volkswagen” markalı, 90-AG-472  dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-2106 “ markalı avtomobilin sürücüsü V.Əmirov və həmin avtomobildə olan sərnişin, Astara rayon sakini 08.05.2012-ci il təvəllüdlü Hidayətov Ruhan Səməd oğlu hadisə yerində ölüblər, “Volkswagen“ markalı avtomobilin sürücüsü E.Rustəmov və “Vaz-2106“ markalı avtomobilin sərnisinləri, Astara rayon sakinləri, 1985-ci il təvəllüdlü Hidayətova Rufanə İsrafil qızı, 1974-cü il təvəllüdlü Hidayətova Mətanət Oktay qızı, 1957-ci il təvəllüdlü Hidayətova Məsmə İsmayıl qizi, 1974-cü il təvəllüdlü Hidayətov Mehman Ağasən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Digər yol-nəqliyyat hadisəsi saat 23:30 radələrində Tovuz rayonu ərazisində qeydə alınıb. 1976-cı il təvəllüdlü Ağstafa rayon sakini Manafov Vüqar İsmayıl oğlunun idarə etdiyi “Mersedes“ markalı, 05-BE-535 dövlət qeydiyyat nişanlı avtomobillə 1985-ci il təvəllüdlü Tərtər rayon sakini Vasif İsrafilovun idarə etdiyi “Vaz-2107” markalı, 60-BS-007 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-2107“ markalı avtomobilin sürücüsü V.İsrafilov və həmin avtomobildə olan sərnişin, 1957-ci il təvəllüdlü Tovuz rayon sakini Quliyeva Gulyaz Tapdıq qızı hadisə yarində olüb, həmin avtomobildə olan digər sərnişinlər, V.İsrafilovun qızları 2008-ci il təvəllüdlü Gunel, 2006-cı il təvəllüdlü Aytac, 1977-ci il təvəllüdlü Məmmədova Ülviyyə, 1987-ci il təvəllüdlü Gədəbəy rayon sakini İspəndiyarova Mətanət xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi