21 iyul 2012-ci il tarixdə paytaxtın Binəqədi rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 iyul 2012-ci il

21 iyul 2012-ci il tarixdə saat 17:20 radələrində Bakı-Quba yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci km-də, 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Məmədov İbrahim Nüsrət oğlunun idarə etdiyi “VAZ-2107“ markalı 90-GL-177 dövlət qeydiyyat nişanlı avtomobillə 1985-ci il təvəllüdlü Saatlı rayon sakini Məmmədov Elmar Müslüm oğlunun idarə etdiyi “İVECO-Otoyol” markalı 10-TB-700 dövlət qeydiyyat nişanlı avtobus toqquşub.
Qəza nəticəsində “VAZ-2107“ markalı 90-GL-177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişin, 1983-cü il təvəllüdlü Qaradağ rayon sakini Nəsrəddinova Tamilla Tofiq qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, VAZ-2107“ markalı avtomobilin digər sərnişini 1980-ci il təvəllüdlü Hüseynov Zaur Eldar oğlu isə xəsarət alaraq Bakı şəhəri Travmatologiya institutuna müraciət edib.
Faktlarla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi