24 iyul 2012-ci il tarixdə Yardımlı rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

24 iyul 2012-ci il

24 iyul 2012-ci il tarixdə saat 00:15 radələrində Yardımlı-Masallı yolunun Gügəvar kəndinin ərazisindən keçən 28 km-də 1966-ci il təvəllüdlü Bakı şəhər sakini Hümbətov İlqar Xanməmməd oğlu idarə etdiyi “Vaz-2106“ markalı, 10-GU-476 dövlət qeydiyyat nişanlı avtomobili dərəyə aşırıb.
Qəza nəticəsində sürücü və avtomobildəki sərnişinlər, 1976-cı il təvəllüdlü Fizuli rayon sakini Hüseynov Fəxrəddin Məmməd oğlu, 1968-ci il təvəllüdlü Qubadlı rayon sakini Əliyev Gülşad Qabil oğlu hadisə yerində olüblər, 1973-cü il təvəllüdlü Qubadlı rayon sakini Cabbarov Qurbət Süleyman oğlu isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
  Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi