2012-ci ilin 6 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

24 iyul 2012-ci il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN BDYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2012-ci ilin 1-ci yarımil ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti  intizamın  möhkəmləndirilməsi  istiqamətində bir sıra  təşkilati və  profilaktik  tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli 2292 nömrəli Sərancamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strateqiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı»nın (2007-2011-ci illər) icrası ilə əlaqədar tədbirlər davam etdirilmiş, hüquq pozmalarla bağlı müraciətlərə və şikayətlərə baxılması işi təkmilləşdirilmiş, vətəndaşlara birbaşa baş idarənin rəhbərliyinə müraciət etmə imkanları yaradılmışdır. Ictimaiyyətlə əlaqələr genişləndirilmiş, DYP-nin fəaliyyətini əks etdirən internet səhifəsi müntəzəm olaraq xidmətə dair məlumatlarla təchiz edilmişdir. Xidməti fəaliyyətlə bağlı tətbiq edilən cərimə, rüsum və digər ödənişlərin yığılması işi də təkmilləşdirilmiş və bu sahədə şaffaflıq artırılmışdır.
2011-ci ilin yanvar ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyanın rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında verilmiş tapşırıqlar, dövlət rəhbərinin tələbləri mütamadi olaraq təlimatlandırmalar zamanı şəxsi heyətə çatdırılmış, vətəndaşlarla ünsiyyətdə olarkən etik davranış normalarına ciddi əməl olunması, diqqət və qayğı ilə yanaşılması onlardan tələb olunmuşdur.
Hesabat dövründə BDYP İdarəsində elmi-texniki nailiyyətlərin, yeni informasiya texnologiyalarının tətbiqi xüsusi diqqət mərkəzində saxlanılmaqla lokal kompüter şəbəkəsi vasitəsilə qayda pozuntuları, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və s. barədə məlumatların qəbulu, şəbəkənin proqram təminatının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi üzrə işlər davam etdirilmişdir.
2012-ci ilin 1-ci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 449986 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9116, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 47440, ötmə qaydalarının pozulması üzrə 6089, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 15989, sərnişin daşıma qaydalarının pozulması üzrə 2548 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlər nəticəsini də ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika ərazisində yol-nəqliyyat hadisələrinin, onların nəticəsində yaralananların sayının azalmasına nail olunsa da, həlak olanların sayında cüzi artım qeydə alınmışdır. Belə ki, 1-ci yarımil ərzində respublika ərazisində 1278 YNH-si qeydə alınmış, nəticədə 436 nəfər həlak olmuş, 1361 nəfər yaralanmışır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 86 fakt (6,3%) və yaralananların sayı 104 nəfər (7,1%) azalmış, həlak olanların sayı isə 3 nəfər (0,7%) artmışdır.
 DİN BDYPİ YPXA-nın xidmətI ərazisində 133 YNH-i qeydə alınmış, nəticədə 104 nəfər həlak olmuş, 87 nəfər yaralanmışdır. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 5 (3,6%), 23 nəfər (20,9%) azalmış, həlak olanların sayı isə 6 nəfər (6,1%) artmışdır.  
Bakı şəhəri ərazisində 532 YNH-si qeydə alınmış və bunların nəticəsində 147 nəfər həlak olmuş, 584 nəfər yaralanmışdır. 2011-ci ilin 1-ci yarımili ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 179 (25,2%), 22 nəfər  (13%) və 190 nəfər (24,5%) azalmışdır.
Respublika üzrə qeydə alınmış YNH-nin 85,4%-i (1091) sürücülərin qayda pozmaları, o cümlədən 26,8%-i (343) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,8%-i (317) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,2%-i (117) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,4%-i (43) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 36,5%-ni (466) piyadaların vurulması təşkil etmiş, nəticədə 148 piyada həlak olmuş, 352-i yaralanmışdır. 132 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 21 nəfər uşaq və yeniyetmə həlak olmuş, 97 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 436 nəfərdən 352-i kişilər, 84-ü qadınlar, xəsarət almış 1361 nəfərdən isə 1059-u kişilər, 302-i qadınlar təşkil etmişlər.
2012-ci ilin 1-ci yarımili ərzində respublika ərazisində 4 nəfərin ölümü və 39 nəfərin yaranlanması ilə nəticələnmiş 41 YNH-i bağlı qalmışdır.
Baş İdarənin əməkdaşları tərəfindən 2012-ci ilin 1-ci yarımili ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 46812 avtomobil ilkin qeydiyyata alınmış, 32949 ilkin sürücülük vəsiqəsi verilmişdir.
2012-ci ilin 1-ci yarımili ərzində «Siqnal» İLİ tərəfindən 13 svetofor obyekti quraşdırılmış, 3170 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 739.450 pm cizgiləmə işi aparılmışdır.
Hesabat dövründə avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışdan keçməyən nəqliyyat vasitələri ilə bağlı araşdırmaların aparılması, texniki cəhətdən nasaz vəziyyətdə istismar olunması hallarının qarşısının alınması, bu xətalara görə sürücülərin və digər aidiyyəti şəxslərin inzibati məsuliyyətə cəlb olunması sahəsində tədbirlərin keçirilməsinə diqqət artırılmışdır. Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi işinin keyfiyyətinin yüksəldilməsi məqsədilə DİN BDYPİ-nin Regional Qeydiyyat-imtahan və texniki baxış şöbələrinin inzibati ərazisində diaqnostika stansiyalarının tikintisi və müasir nəzarət-ölçü cihazları ilə təchizatı istiqamətinldə işlər davam etdirilmişdir.
«Atmosfer havasının mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014-cü illər üçün Kompleks Tədbirlər Planı»nında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası üzrə işlər davam etdirilmiş, yarımil ərzində aparılan yoxlamalar nəticəsində 692 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 5 ədəd avtomat, 4 ədəd avtomat darağı, 146 ədəd (5.45 kolibrli döyüş patronu), 2 ədəd tüfəng (TOZ-8) və 1 ədəd tank mərmisi aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.
Yarımil ərzində polisin digər xidmətləri ilə birgə 15 fakt üzrə: 13 kiloqramdan çox                        (o cümlədən 12 kq həşiş qətranı, 105 qram marixuana, 1kq heroin, 5,174 qram tiryək,) narkotik maddə aşkar olunmuşdur.
2012-ci ilin 1-ci yarımili ərzində BDYPİ-nə 141 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 115-i tapılmışdır. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 7 avtomobil və 11 şəxs saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 111 fakt və 54 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir.
DİN BDYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.


xəbərlərin arxivi